Daşkəsəndə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Qoşqar çayının üzərindəki körpüdən aşıb.
Qəza zamanı 27 yaşlı Ruslan Cabbarov və 32 yaşlı Rövşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bir nəfər hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi
Ermənistan İstintaq Komitəsi Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb. Elchi.az xəbər verir...





















Son şərhlər