ABŞ administrasiyası Hörmüz boğazından gəmilərin tranzitini təşkil edən “Project Freedom” əməliyyatını İranla sövdələşmə üzrə danışıqların uğurla nəticələnə biləcəyi və razılıq əldə olunacağı barədə məlumat alana qədər dayandırmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
O, qeyd edib ki, ABŞ Pakistan və digər ölkələrdən müvafiq sorğu alıb:
“Biz qarşılıqlı razılığa gəldik ki, tam blokada qalacağı halda, “Project Freedom” (Hörmüz boğazından gəmi tranziti) qısa müddətə dayandırılacaq ki, [danışıqların] bağlanıb-bağlana bilməyəcəyini və saziş imzalansın”,- o, “Truth Social”-da yazıb.
Yeganə





















