Danimarkada bir həftə ərzində üçüncü dəfə Quranın yandırılması aksiyası keçirilib. Elchi.az-ın Ria Novostiyə istinadən aldığı məlumata görə, bu dəfə sağ radikallar Pakistan səfirliyi yaxınlığında toplaşıblar.
Bundan əvvəl, iyulun 25-də radikallar Misirin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar. Bundan da əvvəl, iyulun 24-də etirazçılar İraq səfirliyi qarşısında Quranı yandırıblar.
İraq Xarici İşlər Nazirliyi aksiyaya münasibətində bildirib ki, bu cür hərəkətlər ekstremizm və nifrətin icmaların dinc yanaşı yaşayışını təhlükə altına atmasına imkan verir.
Havar Şəfiyeva