ABŞ dövlət katibi Antoni Blinken və Danimarkanın xarici işlər naziri Lars Rasmussen ikitərəfli hərbi əməkdaşlıq haqqında müdafiə sazişi imzalayıblar. Elchi.az bu barədə Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Razılaşmaya əsasən, Danimarka ABŞ-a qısa və uzun müddət ərzində öz ərazisində qoşun və silah yerləşdirməyə icazə verir. Bundan əlavə, ABŞ qüvvələri Danimarka Silahlı Qüvvələrinin üç hava bazasına daxil olacaq.
İmzalanma mərasimindən sonra Blinken bu sazişin müdafiə qabiliyyətini və NATO çərçivəsində Danimarka və Amerika hərbçiləri arasında əməkdaşlıq səviyyəsini gücləndirəcəyinə ümid etdiyini bildirib.
Havar Şəfiyeva