Braziliyalı futbolçu Mateus Silva “Qarabağ”la yollarını ayırmağa hazırlaşır.
Elchi.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçi Braziliya mətbuatına verdiyi açıqlamada bildirib.
Futbolçu qeyd edib ki, Braziliya klublarından təklif alıb və bunun yeni bir sınaq üçün ideal variant olduğunu düşünür:
“Azərbaycanda yaşadıqlarıma görə minnətdaram. Amma daha çox şeyə ehtiyacım olduğunu hiss edirəm və Braziliyaya qayıtmaq məni çox cəlb edir. Bu ilin əvvəlində Braziliya klublarından təkliflər almışdım, amma komandam mövsümün qalan hissəsi üçün qalmağımın vacib olduğunu düşünürdü. Bu gün vəziyyət fərqlidir və öz ölkəmdə yeni bir çağırışa daha hazırlıqlı olduğumu hiss edirəm”.
Qeyd edək ki, təcrübəli futbolçu 2023-cü ildən “Qarabağ”da çıxış edir.





















