"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Daha bir tikinti şirkəti vətəndaşın haqqını yemədə ittiham olunur

03 Mart 2015 - 23:26
in SOSİAL
FacebookVatsap

Hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan bəzi şirkətlərin müştərilərinə kələk gəlməsi, onları aldatması və hüquqlarını pozması adi hala çevrilib. Aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan tikinti şirkətlərinə qarşı mübarizə tədbirləri həyata keçirsələr də, bu sahədə neqativ hallar azalmaq bilmir.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Daha bir tikinti şirkəti vətəndaşın haqqını yemədə ittiham olunurDünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi ev 32, mənzil 15 ünvanında yaşayan Rəhimov Malik Mehman oğlunun etibarnamə üzrə nümayəndəsi Əliyev Qadir Qulu oğlu «Elita-R» Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyindən, konkret olaraq şirkətin rəhbəri Rauf Əliyevdən şikayətçi olduğunu bildirdi: «Hüquqlarını müdafiə etdiyim Rəhimov Malik Mehman oğlu 14 iyun 2011-ci il tarixdə «Elita-R» MTK-dan iki üç otaqlı mənzil alıb. Mənzillərin qarşılığında şirkətə ümumilikdə 115 478 manat pul ödənilib. Şirkətlə vətəndaş arasında alqı-satqı müqaviləsi bağlanıb. Müqavilədə göstərilir ki, pul yüz faiz ödənilib. Malik Rəhimov mənzilləri satmaq istəyəndə «Elita-R» MTK buna imkan verməyib. Biz isə buna etiraz olaraq müqavilə şərtlərinin sona qədər yerinə yetirilməsinə dair iddia ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə qət etdi ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104.6 kvadratmetr olan 65 nömrəli mənzil, həmçinin həmin binanın 2-ci blok 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 105.36 kvadratmetr olan 61 nömrəli mənzil Malik Rəhimova verilməlidir. Qətnamə qanuni qüvvəsinə mindi və icra vərəqəsi açıldı.

Daha bir tikinti şirkəti vətəndaşın haqqını yemədə ittiham olunur

Qərar Nərimanov rayon icra şöbəsi tərəfindən icra olundu. Həmin vaxt mənzillər tam təhvil verilmədiyindən icra şöbəsi qərarı kağız üzərində icra etməli oldu». Şikayətçinin sözlərinə görə, MTK rəhbərliyi guya qətnaməni almadığı üçün apellyasiya qaydasında şikayət verib: «Prosessual müddətin bərpasına dair ərizə yazdılar. Suraxanı Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi qarşı tərəfin iddiasını təmin etmədi. Amma Ali Məhkəmə tam qanunsuz qərar qəbul etdi ki, iş baxılması üçün yenidən Apellyasiya Məhkəməsinə göndərilsin. «Elita-R» MTK-nın təsisçisi, heç yerdə adı olmayan Rauf Əliyev qətnamənin icrasına mane olur. O vətəndaşın qanuni əldə etdiyi əmlakdan sərbəst şəkildə istifadəsinə əngəl törədir. Hüquqlarını müdafiə etdiyim şəxs bir ətək pul verib şirkətdən iki mənzil alıb. Şirkətin sahibi Rauf Əliyev isə ona qarşı özbaşınalıq edir. Nərimanov icra şöbəsinin böyük icra məmuru Əlirzayev Müşfiq Bəylər oğlu 06.12.2013-cü il tərixdə Suraxanı Rayon Məhkəməsinin 2 (010)-3282 2013 saylı, 04.10.2013-cü il tarixli icra sənədinə baxaraq qərar qəbul edib. Qərarda deyilir ki, «Elita-R» MTK tərəfindən Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048 49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının ikinci blok 13-cü mərtəbəsində yerləşən 61 və 65 saylı mənzillər Rəhimov Malik Mehman oğluna verilməlidir. İcra sənədi «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun tərtib edilib. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Mövlayev İzzət Əvəz oğlu iddianı qəbul etməyərək bildirdi ki, tərəflərin arasında 2 mənzilin alqı-satqısına dair qüvvədə olan müqavilə olsa da, əslində, iddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra etməyib. Belə ki, əslində, iddiaçının münasibəti «Vaqif oğulları Holdinq» MMC ilə yaranıb. Həmin MMC-nin direktoru Pirvəliyev Vaqif Qiyas oğlu «Elita-R» MTK ilə beton alqı-satqısına dair müqavilə imzalayıb. İddiaçı da MTK-ya Vaqif Pirvəliyev tərəfindən gətirilib. Mənzillərin verilməsinə dair tərəflərin arasında müqavilə bağlansa da, iddiaçı cavabdehə mənzillərin dəyərini ödəməmişdir. Belə olduğu halda iddiaçı sözügedən mənzilləri tələb etmək hüququna malik deyil. Odur ki, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə isə hesab edir ki, cavabdeh müqavilənin 8-ci bəndində nəzərdə tutulan mənzilləri iddiaçıya təhvil verilməsinə dair öhdəliyi icra etməyə borcludur. Lakin şirkət rəhbəri Rauf Əliyev məhkəmənin qərarlarına, eləcə də ölkənin müvafiq qanunlarına saymazlıq göstərir. Sizdən bu məsələni işıqlandırmağınızı, həmçinin aidiyyəti dövlət qurumlarından hüquqlarını müdafiə etdiyim şəxsə öz köməkliklərini göstərmələrini xahiş edirəm».

Previous Post

Daha bir tikinti şirkəti vətəndaşın haqqını yemədə ittiham olunur

Next Post

Məmmədovların rəqiblərinə “kodlu” barmaq işarəsi

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Məmmədovların rəqiblərinə “kodlu” barmaq işarəsi

Məmmədovların rəqiblərinə “kodlu” barmaq işarəsi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.