"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Daha bir telejurnalist Qulu Məhərrəmlini tənqid etdi

22 Fevral 2016 - 13:44
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

MÜƏLLİMƏ AÇIQ MƏKTUB və yaxud Qulu Məhərrəmlinin müsahibəsində yer alan bəzi məqamlara münasibət

Səmimi sözümdür, həyatımda atdığım hər addımda, dediyim hər sözdə öncə özümü və üzərimə götürdüyüm ictimai məsuliyyətin etdiyim hərəkətlə nə dərəcədə mütənasib olduğunu, daha sonra övladlarımı və tələbələrimi düşünmüşəm. Çünki hər addımın istər yaxşı, istərsə də pis bucağı mənimlə yanaşı, onlara da toxunur. Çünki, övladlarım kimi, tələbələrimin də mənə bəslədiyi təmənnasız, saf sevginin, hörmətin fərqindəyəm. Odur ki, yalnız özün üçün deyil, başqaları üçün də yaşamaq prinsipi şəxsən mənim üçün çox önəmlidir. Məqsədim şəxsi keyfiyyətlərimdən bəhs etmək deyil. Mənə dərs demiş bir müəllimin, Qulu Məhərrəmlinin bu yaxınlarda yerli saytlardan birinə verdiyi müsahibəyə keçmiş tələbəsi kimi münasibət bildirməkdir. Müsahibədə yer alan bəzi detallara nəzər salaq. Qulu müəllim vaxtilə çalışdığı Azərbaycan Televiziyasının və onun rəhbərliyinin ünvanına etikadan kənar ifadələr işlədir (P.S. Qəribədir, bizə universitet illərində “Ekran və efirdə ünsiyyət mədəniyyəti”, “Jurnalistika Etikası” fənlərini tədris edərdi), televiziyada çalışan insanların əksəriyyətini naşı və təfəkkürsüz adamlar adlandırır və özəl kanallardan AzTV-yə sığınanları (P.S. Sözün həqiqi və məcazi mənasında) digər televiziyaların “artığı” adlandırır. Bir sözlə, deyilən bu təhqir dolu fikirlər konkret olaraq bir nəfərin və ya bir televiziyanın deyil, sayı minlərlə ölçülən və bu televiziyadan ailəsinə “çörək aparan” hər kəsin payına düşür. Mənim payıma düşənsə “özəl kanalın artığı” ifadəsidir. Odur ki, vaxtınızı çox almadan bu məsələyə münasibət bildirmək istərdim.Əvvəla, “hörmətli müəllimim”, televiziyada ilk addımınızı AzTV-də atsanız da, sonradan digər özəl kanalda çalışdınız, hətta veriliş apardınız. Deməli, “məntiqlə” yanaşanda bu kanal da sizi artıq bilib işə qəbul etməməli idi. Amma etdi, çünki sağlam məntiq deyilən yanaşma var. İkincisi, əgər özəl televiziyada çalışmış hər hansı jurnalist müəyyən səbəblərə görə iş yerini dəyişərək AzTV-yə müraciət edirsə və televiziyanın rəhbərliyi həmin kadra özünü doğrultmaq, bacarığını ortaya qoymaq üçün geniş şərait yaradırsa, bunu “başqasının artığına göz dikmək” kimi qiymətləndirmək hansı məntiqə, obyektivliyə və peşəkarlığa sığır? (P.S. Maraqldır ki, dediyiniz mühazirələrdə obyektivlik, peşəkarlıq ön planda dayanırdı) Bunun yalnız bir adı var – İNSANLIQ.

İnanın, bunu yalnız mən deyil, özəl kanaldan AzTV-yə üz tutmuş və hər cür insanlıq, peşəkar mühit, obyektivliklə əhatə olunmuş istənilən əməkdaş deyə bilər. Ən əsası, biz bu kanalda məvacibdən tutmuş, vəzifə təyinatına kimi hər bir nəticəni kiminsə adamı olduğumuza və ya kiməsə yaxşı göründüyümüzə görə deyil, bacarığımızsa görə, əldə edirik. Və bu əməkdaşlar arasında sizin tələbələriniz də az deyil. Bizi artıq bilib ləkələməyi isə, hər şeydən öncə bir müəllim kimi sizə yaraşdırmadıq.

Keçək digər məsələyə. AzTV-də çalışanların əksəriyyətinin naşı və təfəkkürsüz olduqlarını deyirsiniz. Qulu müəllim, tam əminliklə deyirəm, jurnalistikanın əlifbasını mən sizdən yox, məhz bir zamanlar əməkdaşı olduğum özəl kanaldan öyrənmişəm. Bu gün çalışdığım Azərbaycan Televiziyası isə bütün məsuliyyətimlə deyə bilərəm ki, istər strukturuna, istər maddi-texniki bazasına və peşəkarlığına görə AKADEMİYADIR. Əlbəttə, bu akademiyada çalışan 3 minə yaxın insanın hər biri peşəkar olmaya bilər. Amma hər cür şəraitlə təmin olunmuş bir mühitdə kimin necə yetişəcəyi hər kəsin özündən asılıdır. Bəzi insanlara, hətta sizin dediyinizi daha etik formada yazsaq, güclü təfəkkürə, peşəkarlığa malik olmayanlara belə onların öz bacarığı daxilində şərait yaratmağın da bir adı var – İNSANLIQ.

O ki qaldı AzTV-də yayımlanan verilişlərin keyfiyyətinə, dinamikasına və peşəkarlığına, hər halda razılaşın ki, istər məzmun, istər təqdimat, istərsə də keyfiyyət baxımından bu gün televiziyada yayımlanan və kanalın məhz özünün istehsal etdiyi verilişlər  müqayisəyə gəlməz dərəcədə daha üstündür. Məsələn, bir zamanlar yayımlanan “7 gün”lə bugunkü “Həftə” verilişini, düşünürəm ki, istər tərtibat, istər texniki imkanlar, istərsə də mövzu zənginliyi baxımından müqayisə etmək olmaz. Bu siyahıya “Günün nəbzi”, “Ovqat”, “Mən Azərbaycanlıyam”, “Brain-rinq”, “Sevilənlər”, “Nə, harada, nə vaxt”, “Səs Azərbaycan” və c. kimi verilis və layihələri də əlavə etmək olar. Və onunla da razilaşın ki, AzTV-də çalışan aparıcılar, hətta prodakşn verilişlər olsa belə, efir peşəkarlığını, səmimiliyi qorumaqla yanaşı, Ana dilində səlis danışığı ilə də seçılırlər. Buna isə etiraf edək ki, heç də hər kanalda rast gəlinmir. Həmin dəst-xətti hər aparıcıdan tələb edən də məhz AzTV-nın rəhbərliyidir. AzTV rəhbərliyi illərdir ozunəxas bu keyfiyyətləri qoruyub saxlamaqdadır.

AzTV-nin indiki rəhbərliyinin televiziya savadına gəlincə, nə qədər səmimi qəbul edəcəksiniz deyə bilmərəm, amma rəhbərliklə ünsiyyətdə olan hər kəs yalnız televiziya yaradıcılığı ilə bağlı deyil, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, həmçinin yalnız humanitar deyil, fizika, həndəsə, riyaziyyat kimi dəqiq elmlərlə bağlı zəngin məlumatlar əldə edir. Həm öyrənir, həm də bir vətəndaş kimi formalaşır. Bunu yalnız mən yox, rəhbərliklə həyatında heç olmasa bir dəfə belə olsun görüşən hər kəs deyə bilər. Təbii ki, söhbət obyektivliyini itirməyənlərdən və hər şeyə yalnız keçmişin pəncərəsindən baxmayanlardan gedir. Digər vacib məqam rəhbərin öz işçisinə səmimi və xoş münasibəti, onun düşüncəsinə hörmətlə yanaşması, kimisə hansısa kanalın artığı bilməməsidir. Və nə qədər təkrarçılıq olsa da, bunun da bir adı var– İNSANLIQ.

Müsahibədə yer alan AzTV-nin nəyə görə digər özəl kanallar kimi baxımlı verilişlər hazırlaya bilməməsi, öz məhsullarının azlığı və s. məqamlarla da bağlı müəyyən fikir söyləmək olar. Amma, vaxtınızı almaq istəməzdim. Sadəcə, görünür bəzi insanlar AzTV-ni tərk etdikləri tarixdə necə görüblərsə, elə də xatırlayırlar və ya xatırlamağa həvəslidirlər. Amma reallıq tam başqadır və bu reallıqda özümü “artıq” deyil, doğma hiss etdiyim üçün doğrunu yazmağı, məsələyə şəxsi deyil, OBYEKTİV prizmadan baxmağı sadəcə, özümə borc bildim. Axı siz mənə bunu öyrətmisiniz, “əziz müəllimim”.
Rövsən Məmmədov

Telejurnalist, filologiya üzrə fəlsəfə doktoru

Previous Post

Daha bir telejurnalist Qulu Məhərrəmlini tənqid etdi

Next Post

Azərbaycan çempionu borca görə öldürülüb – Təfərrüat

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Azərbaycan çempionu borca görə öldürülüb - Təfərrüat

Azərbaycan çempionu borca görə öldürülüb - Təfərrüat

Son xəbərlər

Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

31 Oktyabr 2026 - 10:53
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

31 Oktyabr 2026 - 10:40
“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

31 Oktyabr 2026 - 10:26
Azərbaycan nefti 126 dollara satılır

Azərbaycan nefti 126 dollara satılır

31 Oktyabr 2026 - 10:13
ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.