Çexiya prezidenti Petr Pavel Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun məğlubiyyətə uğradığını bəyan edib. Elchi.az xəbər verir ki, o, bu barədə Fransanın “Monde” qəzetinə müsahibəsində danışıb.
Pavel Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğunu etiraf edib və əməliyyatın gözlənilən nəticəni vermədiyini vurğulayıb. “Artıq cəbhədə heç bir ciddi dəyişiklik yoxdur, insan və texnikada böyük itkilər qeydə alınır, lakin irəliləyiş azdır”, – deyə o qeyd edib.
Siyasətçi Kiyevi hücum cəhdlərindən əl çəkməyə və diqqətini müdafiə xətlərini möhkəmləndirməyə cəmləməyə çağırıb. Onun fikrincə, Rusiyanın imkanlarını və resurslarını qiymətləndirməmək olmaz.
Havar Şəfiyeva