Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin daha bir hərbçisi müəmmalı şəkildə ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, 1998-ci ildə anadan olan Ovsep Qriqoryanın ölümünün dəqiq səbəbi hələlik bilinmir. İlkin ehtimala görə, o, avtomat silahla ehtiyatsız davranması nəticəsində aldığı gülə yarasından hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.