"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Dağlıq Qarabağ – tarixi sənədlər işığında

14 Fevral 2015 - 23:40
in Kateqoriyasız
FacebookVatsap

Erməni feodalları tərəfindən işğal edilmiş hal-hazırkı Dağlıq Qarabağ Alban (indiki Azərbaycan) 10984748_824321684300806_1021961825_nərazilərindən biri idi.
(Orbeli. Ermənistan SSR Elmlər Akademiyasının ilk prezidenti, Ermtaj muzeyinin keçmiş direktoru. Seçilmiş əsərləri, Yerevan, 1963, səh. 358)

Ermənistan bəşər tarixində heç vaxt xüsusi rol oynamamışdır: bu ərazi ermənilərin müxtəlif yerlərdən gələrək məskunlaşdıqları yerin coğrafi adıdır.
(K.Ratxanyan “Van yazılarının ön Asiya tarixində rolu”, Sankt-Peterburq, 1875)

Etnik birləşmə prosesində ermənilər və albanlar, həmçinin gürcülər və albanlar arasında mədəni və ideoloji assimilyasiya baş verdi: albanların bir hissəsi erməniləşdi, digər hissəsi isə qriqoryanlaşdı.
(Fəridə Məmmədova “Qafqaz alban etnosu”. Simpozium. “Sovet antropologiyası və ənənəvi cəmiyyətlər”, 16-18 mart, 1989, Paris).

İngiltərənin iradəsiylə 1918-ci ildə çar imperiyasının xarabalıqları üzərində qurulmuş Erməni Respublikası 1918-1920-ci illərdə özünün qısa ömrü ərzində vahid müstəqil erməni dövləti kimi özünü yenidən tanıdıb.
(Jorj dö Malvil. “1915-ci il erməni faciəsi”, Paris, 1988, səh.25)

Əbdül Hamidin (1876-1909) hakimiyyəti dövründə səfalət, aclıq, ağır vergilər və əyalət özbaşınalığı Osmanlı İmperiyasının erməni kəndli və sənətkarlarının Bakıya, Tiflisə, Konstantinopola və ABŞ-a məcburi mühacirətlərinə təkan verdi.
(Anahid Ter Minasyan “Ermənistan Respublikası (1918-1920)”, Paris, 1989, səh. 12)

XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhalidən törəməyiblər: onlar orada bizim tərəfimizdən yerləşdiriliblər.
(N.Şavrov “Zaqafqaziya rus məsələsinə yeni münasibət”, Sankt-Peterburq, 1911, səh. 59-61)

Albanların əksər hissəsi azəri idi. Az bir hissəsi isə gəlmə ermənilərin təsiri altında (Şəkidə və Dağlıq Qarabağda) xaçpərəstliyi qəbul etdi və erməniləşdi.
(İ.Petruşevski “Azərbaycanda və Ermənistanda feodal münasibətlərinə dair tarixi oçerk”, Leninqrad, 1949, səh. 52)

Erməni xalqının mənşəyi nədir, o necə və nə vaxt oraya gəlib? Ermənistana gəlməmişdən əvvəl və sonra hansı qəbilələrlə əlaqəsi olub, onun dilinə və etnik tərkibinə kimin təsiri olub? Biz bütün bunlara dair aydın və dəqiq dəlillər vermək iqtidarında deyilik.
(Manuk Abeqyan “Erməni ədəbiyyatı tarixi”, Yerevan, 1975, səh. 11)

Ermənilərin əksəriyyəti müsəlman sahibkarlarının ərazilərində yerləşdilər. Bu erməni mühacirlərinin (yəni İrandan gələnlərin) vəziyyətləri özləri ilə heç bir əmlak gətirməyən bizim gürcüstanlı tacir ermənilərimizin vəziyyətlərindən daha yaxşıdır, baxmayaraq ki, İrandan gələnlərin əksər hissəsi sənətkarlar və kəndlilərdən ibarətdir.
(A.Qriboyedov “Ermənilərin İrandan bizim əyalətlərə tərəf köçürülməsinə dair qeydlər”, seçilmiş əsərləri, II cild, M., 1971, səh. 339-344).

1918-ci il Azərbaycanlı qırğınları

Tatarlar (azərilər) tərəfindən 7 000, bolşevik və ermənilər tərəfi isə 3 000 nəfərin həlak olması bu qanlı-qadalı günlərin acı nəticəsidir.
(Anri Barbi, hərbi müxbir. “Bolşevik özbaşınalıqları və erməni epopeyası”, səh. 69, Paris, Alben, Mişel, 1921-ci il ərəfələri)

Bolşeviklərin əsas rəhbərləri Şaumyan, Fioletov, Çaparidze və başqaları həbs edildilər. Şaumyanın çantalarından 80 milyon rubl qızıl pul tapıldı.
(Yenə orda, səh. 186)

Müsəlmanlar Bakını Azərbaycanın paytaxtı etmək niyyətindədirlər, -deyə istehza ilə qeyd edən Şaumyan, şübhəsizdir ki, millətçiliyin bütün formalarına qarşı mübarizə aparır. Amma daşnaklarla müqayisədə onun bu qınağı olduqca sadəlövh görünür.
(Yenə orda, səh. 91)

Tatarlar (azərilər) Yerevanın hakimlik iddiasından özlərini müdafiə edir və zor gücünə “erməni ərazisi” yaratmağa çalışan ermənilərə qarşı çıxırdılar.
(Anahid Ter Minasyan “Ermənistan Respublikası (1918-1920)”, Paris, 1989, səh. 75)

Erməni milisləri 1918-ci ilin mart ayında Bakıda od vurub yandırdıqları və girib taladıqları müsəlman məhəllələrinə soxulurdular.
(yenə orada, səh. 94)

20 000-dən çox adamın iştirak etdiyi bu hadisə qanlı toqquşma ilə nəticələnir: martın 30-dan aprelin 1-nə kimi üç gün ərzində hər iki ərəfdən 3 000 nəfərədək həlak olan və yaralanan oldu. Sərəncamında çoxlu bolşevik qoşunu olan erməni Şurası əvvəlcə bu münaqişədə neytral qalmağı qərara alır və həmyerlilərini müdafiə etmək üçn qoşunlarını onların yaşadığı ərazidə cəmləşdirir. Bununla belə o, müsəlmanlara qarşı aksiyada onların qarşısını ala bilmir. Hərbi istehkama çevrilmiş qala dəniz artilleriyası tərəfindən dağıdılır və müsavatçılar təslim olurlar. Sovetlik tərəfindən yaradılmış Bakını Müdafiə Komitəsinə başda Əlimərdan bəy Topçubaşov olmaqla nümayəndə heyəti təqdim olunur və bu nümayəndə heyəti aşağıdakı şərtləri qəbul etməyə məcbur edilir:
Müsavatçılar şəhərdə yalnız Bolşevik İcra Komitəsini tanımalı, öz qonşularının Sovetliyinə tabeçiliyini və ya Bakı ərazisindən çıxardılıb kənar yerə köçürülməsini qəbul etməli, Tiflis və Petrovski ilə rabitə yollarını kəsməməlidirlər.
Bu müvəffəqiyyətdən sonra bolşeviklər öz hakimiyyətini gücləndirmək üçün xüsusi tədbirlər görürlər. Onlar müxalifət qəzetlərini bağlayır və sənaye obyektlərinə üst-üstə 50 milyon rubl vergi qoyurlar.
(S.Afanasyan “Ermənistan, Azərbaycan və Gürcüstan müstəqillikdən sonra sovet hakimiyyətinin bərpasına doğru, 1917-1923”, Paris, 1981)

Aktual hadisələr

…Sumqayıt olmasaydı, ermənilər onu uyduracaqdılar.
(A.Rzayev, Le Figaro, 22-23 oktyabr, 1988, səh.4)

…Mən bütün ailəmlə Bakı şəhərində yaşayıram, amma mənşəcə hər iki respublikaya mənsubam və həm də onu deyə bilərəm ki, hər iki respublikada milli qəhrəman hesab olunuram. Buna görə də mənim üzərində “Kasparov-Karpov görüşü” yazılmış elanı gəzdirən maşınım Bakıda yaxşı tanınır. Hamının tanıdığı milliyətcə erməni olan sürücüm heç vaxt zərrə qədər də olsun düşmənçilik əlaməti ilə üzləşməyib.
Erməni-Azəri münaqişəsi mənim üçün ikiqat yaradır.
(Harri Kasparov, Liberation (Azadlıq), 10-11 dekabr, 1988, səh. 18)

…M.Qazaryan qeyd edirdi ki, noyabr ayının sonunda artıq bir neçə azərbaycanlı iki dəfə Qurkada erməni yaşayış məhəlləsində öldürüldü.
(Le Monde (Dünya), 5 yanvar 1989, səh.3)

Hadisə Dağlıq Qarabağın ürəyində, Stepanakertin yaxınlığındakı bir kənddə baş verir. Sumqayıtdan sonra həmin regiondan olan yüzlərlə gənc “Özünümüdafiə Komitəsi” yaratdılar. Onlar əllərinə məşəl, benzin doldurulmuş bidonlar və partlayıcı qranatlar götürdülər və azərbaycanlılar yaşayan evlərə tərəf getdilər. Onlar ailələrə bəzi paltarlarından savayı bir şey götürməyə vaxt vermədən onları çıxartdırır və hər şeyi yandırırdılar. Bu vəziyyət bütün günü və bütün gecəni davam etdi.
(Ermənistan: bir əsr cəhənnəmdə. Le Nouvel Observauter (Yeni Müşahidəçi), 19-25 yanvar, 1989, səh. 41)

Biz uzun əsrlərdən bəridir ki, başqa xalqlarla yanaşı yaşayırıq: rus, alman, yəhudi, polyak.
Biz hesab edirik ki, Ermənistanda nümayiş etdirilən millətçilik ekstremist və primitiv bir duyğudur.
(Cemma Skülm, latış rəssamı, Fiagro- Magazine, 3 dekabr 1988, səh. 478)

Mən Azərbaycana erməni nümayişləri zamanı dönmüşdüm və dostlarım məni satqın adlandırırdılar. Mən xristian ola-ola bu səhnədə müsəlman qəhrəmanı rolunu oynamağı necə risq edə bilərdim? Mən hadisələrin əksi istiqamətinə qarşı necə hərəkət edə bilərdim? Həm də mən bir mükafata görə Lermontova qarşı çıxmaq istəmirdim. Dostlarım isə bunu başa düşmədilər.
(Sergey Paracanov, Telerama N-2029, 30 noyabr 1988, Paris)

Sumqayıt hadisələrinin məhkəmə işinə görə iki respublika arasında vəziyyət bütün həftəni uzandı. Məhkkəmədə bu şəhərdə fevral ayının sonunda 26 nəfəri erməni olan 32 nəfər adam öldürülmüş antierməni qırğınında iştirak edən 80 nəfər müttəhim şəxs mühakimə edilir.
(Le Monde (Dünya), 26 may 1988, səh. 2)

Gizli ekstremist qruplar haqqında çoxsaylı istintaqlar yandırıcı butulka və digər döyüş silahları ilə silahlanmış ayrı-ayrı adamların, habelə hər dəfə irqçi və antisovet ruhlu millətçi ifadələrdən istifadə edənlərin həbs olunmasına imkan verdi.
Məsələn, onlardan birinin yaydığı ifadə bu idi: “Biz Rus-Yəhudi-Türk-Tatar blokunu öz qanımızla boğacağıq”
(L humanite (Bəşəriyyət), Zaqafqaziya həmişə gərginlik altında, 22 iyul 1988, səh. 10)

Azərbaycan harada yerləşir?

Bunu da oxuyun

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Azərbaycan özünün 6 milyondan artıq əhalisi ilə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan bu gün SSRİ-nin federal respublikalarından, Qafqazın Gürcüstan və Ermənistan ilə 3 ölkəsindən biridir. Bu yaxınlarda ərazi konflikti baş vermiş bir ölkə: doğrudur, azərbaycanlılarla ermənilərin arasında. O konflikt ki, onun tarixi bu gündən başlamır. Yeri gəlmişkən, Banin ona görə təəssüflənir ki, Qərb, xüsusilə bu hadisəni, yalnız erməninin nöqteyi-nəzərincə oxuyur: azərbaycanlılar həmişə meşşanlıq edir, ermənilər isə həmişə qurban gedirlər! Onlar bunu unudurlar ki, ermənilər özü bizi 1905-ci ildə qırıblar, mənim anadan olduğum ildə. Eyni zamanda mən burada onu da qeyd edirəm ki, erməni inqilabçıları 1918-ci ildə bolşeviklər tərəfindən dəstəkləndiyi zaman bu hadisəni yenidən başlamaq istəyirdilər. Bizi İrana qaçmağa, repressiyalara və qırğınlara düçar edərək, bütün ölkəni qısa müddətdə zəbt edirlər.
Mən bunları həqiqətin gözü ilə xatırlamağı zəruri hesab edirəm.
(Banin, Panorama, xristian aylığı. N-232, dekabr 1988, Paris, səh. 51)

Fransız dilindən tərcümə edəni:
Cəlil QURBANOV,
Biləsuvar şəhər 4 saylı tam orta məktəbin
xarici dillər (ingilis, fransız dili) müəllimi,

tərcüməçi, filoloq

Previous Post

Dağlıq Qarabağ – tarixi sənədlər işığında

Next Post

ABŞ səfiri: “Donbas separatçıları bəzi NATO ölkələrindən daha yaxşı silahlanıblar”

Bənzər yazılar

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

21 Oktyabr 2026 - 10:06

Gürcüstanda Azərbaycan sərhədinədək dördzolaqlı avtomagistralın tikintisi 2031-ci ilin sonuna qədər tam başa çatdırılacaq. Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş...

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

21 Oktyabr 2026 - 09:58

Bu gün Bakıda “Dəhlizlər arasında körpü: Bağlantılar və infrastruktur” mövzusunda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu 2026 keçirilir. Elchi.az xəbər verir ki, tədbirdə...

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

21 Oktyabr 2026 - 09:45

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə...

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

21 Oktyabr 2026 - 09:26

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə...

Next Post

ABŞ səfiri: “Donbas separatçıları bəzi NATO ölkələrindən daha yaxşı silahlanıblar”

ABŞ səfiri: “Donbas separatçıları bəzi NATO ölkələrindən daha yaxşı silahlanıblar”

Son xəbərlər

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

21 Oktyabr 2026 - 10:06
Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

21 Oktyabr 2026 - 09:58
Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

21 Oktyabr 2026 - 09:45
Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

21 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

21 Oktyabr 2026 - 09:13
Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.