Bu gün dərman qiymətlərində artım müşahidə olunur.
Elchi.az xəbər verir ki, bu barədə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
“Əvvəl aldığımız dərmanı iki qatına yaxın qiymətə alırıq. Hazırda bəzi dərmanların kiçik ölçüləri yoxa çıxır. 0,5 qramlıq, 1 qramlıq dərmanın qiymətinə satılır. Burda da xəstə məcburdur ki, eyni dərmandan 2 ədəd alsın”, – R.Quliyev bildirib.
Onun sözlərinə görə, dərmanları məqsədli şəkildə bahalaşdırırlar.