Dəməşqin mərkəzindəki kafedə baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb, daha 21 nəfər isə yaralanıb.
Elchi.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, partlayışa səbəb təqribən bir kiloqram ağırlığında olan əldəqayırma partlayıcı qurğu olub. Hələ ki heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, partlayış iyulun 2-də Dəməşqin mərkəzində, Ədliyyə Sarayının yaxınlığındakı kafedə baş verib. Daha əvvəl 9 nəfərin öldüyü və 20 nəfərin xəsarət aldığı bildirilirdi.





















