"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Dərslərin iyunun 14-dək davam etməsi şagirdlər üçün təhlükəlidir” – ARAŞDIRMA

12 İyun 2019 - 18:28
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanda orta ümumtəhsil məktəblərində tədris ilinin iyunun 14-dək davam etməsi bu il də bir çox valideyn və şagirdlərin narazılığına səbəb olub.

Bunu da oxuyun

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

Sabahın havası açıqlanıb

“Report”un xəbərinə görə, bəzi valideynlər isti havada övladlarının məktəbə getməsini onların sağlamlığı üçün təhlükəli olduğunu, bəziləri mayın sonundan etibarən məktəblərdə dərs keçirilmədiyini, hətta dərsliklərin şagirdlərdən yığıldığını iddia edirlər.

Məsələn, “Report”a danışan valideynlərdən biri mayın ortalarından Nəsimi rayonunda yerləşən 19 nömrəli tam orta məktəbdə təhsil alan övladlarından dərsliklərin yığıldığını və onlara bir neçə mövzunu öyrənmək üçün vərəqlər paylandığını bildirib.

Övladları Sumqayıt şəhər 34 saylı tam orta məktəbin 5 və 7-ci siniflərində təhsil alan valideyn isə bildirib ki, şagirdlər dərslərdə iştirak edir, kitabları isə hələ yığılmayıb.

Yeri gəlmişkən, tədris ilinin başlama və bitmə vaxtı Nazirlər Kabinetinin (NK) qərarı ilə tənzimlənir. Belə ki, NK-nın 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Buna qədər isə orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb mayın 31-də bitirdi.

Məsələ ilə bağlı psixoloq Kəmalə Baxış “Report”a bildirib ki, müvafiq qərarla dərslər iyunun 14-dək davam etməli olsa da, şagirdlər dərslərə dərsliksiz gedirlər: “Kitablar uşaqlardan yığılıb, proqramlarda keçiriləcək dərslər də bitib. Artıq keçməyə heç nə qalmayıb. Dərslərin iyunun 14-dək uzadılması həm psixoloji, həm də təlim baxımdan şagirdlərə böyük təzyiqdir. Çünki uşaqlar yorulub. Belə isti havalar xüsusilə də, günün ikinci yarısında təhsil alan şagirdlər üçün çox təhlükəlidir”.

Psixoloq məsələyə təkrar baxılmasının vacib olduğunu bildirib: “Məktəblər əvvəlki kimi mayın sonunda bağlanmalıdır. Psixoloji baxımdan yay ayları başlayan kimi uşaqlar emosional olur və özlərini sərbəst hiss edirlər. Belə olan halda onlara nəsə öyrətmək, nəyəsə cavab verməsini tələb etmək düzgün deyil”.

Təhsil eksperti Kamran Əsədov isə “Report”a bildirib ki, Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil: “Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin kefiyyətinin aşağı olmasına qədər xeyli həlli vacib problemlər var. Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir deyil, heç iki dərs ili də çatmaz”.

Təhsil eksperti Kamran Əsədov

Ekspert dərsləri iyunun 14-nə qədər uzatmaq üçün ölkənin orta ümumtəhsil müəsissələrində şəraitin olmadığını da qeyd edib:

“Çünki məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb. Hesab edirəm ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası var, nəinki iyunun ortasında bitməsinin. Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var”.

“Təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç biri dərslərə sentyabrın 15-də başlamır. Hamıda sentyabrın 1-də başlayır, mayın 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var, həftədə iki-üç dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə bir dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz”, – ekspert bildirib.

Bu yazı hazırlanan zaman məsələyə Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Lakin tədris ilinin iyunun 14-dək davam etməsinə ötən il Təhsil naziri Ceyhun Bayramov münasibət açıqlayıb. Nazir deyib ki, 2015-ci ildə Azərbaycanda dərs ili müddəti iki həftə uzadıldıqdan sonra hazırlanan dərsliklərin, müəllimlər üçün metodiki vəsaitlərin hamısı 34 dərs həftəsi üçün hesablanıb: “Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu həmin müddətdən əvvəl hazırlanan dərsliklərlə bağlı xüsusi tövsiyələr hazırlayıb. Bütün rayon təhsil şöbələrinə, məktəblərə də dərs materiallarının həmin tövsiyələr əsasında 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə geniş məlumatlar verilib”.

Previous Post

“Dərslərin iyunun 14-dək davam etməsi şagirdlər üçün təhlükəlidir” – ARAŞDIRMA

Next Post

Suraxanıda qadın narkotacir saxlanılıb – FOTO

Bənzər yazılar

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə keçirilən EYBA-nın payız konfransının (“EYBA Autumn...

Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağır. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post
Suraxanıda qadın narkotacir saxlanılıb – FOTO

Suraxanıda qadın narkotacir saxlanılıb – FOTO

“Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm…” – Ərdoğan

“Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm…” – Ərdoğan

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.