
Cənubi Koreyada yaxınlaşan güclü tayfun səbəbindən Böhran İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin administrasiyasından bildiriblər.
Koreya dövlət meteorologiya idarəsinin məlumatına əsasən, “Soulik” tayfunu Cənubi Koreyaya avqustun 23-ü çatmalıdır. Tayfun son 6 il ərzində ilk dəfə yarımadanın ərazisində keçəcək.
Qeyd edək ki, daha əvvəl ölkənin prezident Mun Çje İn yaxınlaşan tayfunun qurbanlarının və nəticələrinin minimuma endirmək üçün bütün mümkün tədbirləri görməyə çağırıb.





















Son şərhlər