Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub.
Bu barədə Elchi.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
“Orta əsrlər dövrünə aid qəbiristanlıq Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur. Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinib.
Hazırda ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görülür”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün də Cəlilabadda 15-ci əsrə aid edilən qoç fiquru aşkarlanmışdı.
Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?
Bəzən elə bir nöqtəyə gəlib çatırsınız ki, əlinizdəki bütün bütün qurumlar rəsmi imtina cavabı verir. Rayon idarəsi sizi nazirliyə göndərir,...





















Son şərhlər