"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Çörək ucuz olsa bölgələrdə etirazlar səngiyəcək?

16 Yanvar 2016 - 10:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Yardımlıda açıq ərazidə yanğın baş verib

Çörək ucuz olsa bölgələrdə etirazlar səngiyəcək?İqbal Ağazadə: “Bu, müvəqqəti xarakter daşıyır”; Ərəstun Oruclu: “Görünən odur ki, hökumət islahatlardan yayınmaq naminə bu addımlara əl atır”

Manatın ikinci dəfə kəskin devalvasiyaya uğraması nəticəsində ölkəni bürüyən növbəti bahalaşma dalğası bölgələrdə etirazlara və insanların küçələrə çıxmasına səbəb oldu. Xüsusən strateji məhsul olan unun 50 faizdən artıq, çörəyin qiymətinin isə 30 faizə yaxın artması insanların ayağa qalxmasına səbəb oldu. İnsanlar aksiyalarda əsasən, işsizlikdən  və bazarlardakı bahalaşmadan  narazılıqlarını bildirdilər.
Buna adekvat olaraq, hökumətin qərarı ilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olundu. Nəticədə, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. 
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq. Ekspertlər isə deyir ki, unun və çörəyin ucuzlaşdırılması əhalinin sosial problemlərinin həlli, regionlarda etirazların səngiməsi üçün yetərli deyil. Hökumət ciddi islahatlara getməsə, ayrı-ayrı vaxtlarda bu cür etiraz dalğası müşahidə ediləcək.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, çörəyin ucuzlaşması ictimai qəzəbi müvəqqəti sakitləşdirə bilər, lakin bu daimi olmayacaq: “Mən inanmıram ki, çörəyin qiymətini uzun müddət bu səviyyədə saxlamaq mümkün olsun. Çünki çörək satanın da qazancı olmalıdır ki, o bahalaşan digər istehlak mallarını ala bilsin. Bazar təkcə çörəklə tənzimlənmir. Bu, müvəqqəti xarakter daşıyır, yəqin ki, bir müddətdən sonra qiymətlər qalxacaq. 18 faizlik əlavə dəyər vergisinin ləğv olunması da bir çuval unun içində çox kiçik rəqəmdir. Unun qiymətinə diqqət yetirsəniz, 17-18 manatla  30-35 manat arasında dəyişmişdi. Bu kifayət qədər ciddi fərqdir. 18 faizlik ƏDV-nin ləğv edilməsi qiyməti tənzimlənmək üçün yetərli olmayacaq. Unun qiyməti ona görə bahalaşır ki, digər istehlak malları da qalxır, çörək biznesi ilə məşğul olanlar da digər malları alırlar. Onlar da Azərbaycanda yaşayırlar və bazarın qiymətləri ilə bazarlıq edirlər”.
 
Partiya sədrinin sözlərinə görə, bu problemin həlli üçün kompleks tədbirlər lazımdır: “Aksiyalara gəlincə, hələlik bu barədə proqnoz vermək istəmirəm. Amma hesab edirəm ki, vəziyyətin bu dərəcəyə çatmasına imkan vermək olmaz. İmkan vermək olmaz ki, aksiyalar əhali ilə polis arasında qarşıdurmalarla, konfliktlə müşayiət olunsun. Bu durumun sistemli, ardıcıl islahatlarla tənzimləmək lazımdır. Hesab edirəm ki, çörəyin qiyməti endirilsə də, bu və ya digər şəkildə etirazlar davam edəcək”.
Politoloq Ərəstun Oruclu da vurğuladı ki, təkcə çörək və unun ucuzlaşması heç nəyi həll etməyəcək:“Çörəyin ucuzlaşması nə deməkdir? Əhali yalnız unla, çörəklə yaşamalıdır? Bu bir qədər gülünc səslənir. Görünür, ölkə üzrə belə bir tapşırıq verilib. Əhaliyə un paylanır, unun-çörəyin qiyməti aşağı salınır. Bu situasiyanı xilas eləmir. Bu yanlış bir addımdır. Bu insanları təhqir etməkdir ki, çörəyi yeyin, evinizdə sakit oturun.  Mən bunu əvvəl də demişəm, indi də deyirəm ki, ölkədə ciddi islahatlara başlamaq lazımdır. Deyək ki, bir neçə ay əhaliyə pulsuz çörək paylandı. Bəs, sonra necə olacaq? İnsanlar digər ehtiyaclarını necə ödəyəcək? Təkcə çörəklə yaşamaq mümkündürmü? Məlum deyil ki, bu cür yanaşmaların müəllifi kimdir. Görünən odur ki, hökumət islahatlardan yayınmaq naminə bu addımlara əl atır”.
Politoloqun sözlərinə görə, nə qədər ki, ölkədə iqtisadi, hüquqi islahatlar gecikəcək, vəziyyət bir o qədər ağır olacaq: “Ola bilər ki, çörəyin ucuzlaşması bir neçə ay vəziyyəti xilas etsin. Lakin bir neçə aydan sonra bu da mümkün olmayacaq. O zaman nə edəcəklər? Anlaşılmayan budur ki, niyə islahatdan bu qədər qorxub çəkinirlər. Halbuki indiki şəraitdə ölkənin, xalqın, iqtidarın özünün yeganə xilas yoludur. İslahat aparmaq üçün  hökumətdə oturmuş yaşlı, sovet düşüncəli insanları vəzifədən kənarlaşdırmaq lazımdır. Ancaq bunu etmirlər, əksinə, görünən odur ki, həmin şəxslərin sözünün çəkisi durmadan artır. Bölgələrdə qalxan etirazlar da onların siyasi təfəkkürünün nəticəsidir. Bu vəziyyətdən çıxış yolu deyil. Bunu bir gün anlayacaqlar, lakin o zaman artıq gec olacaq”.
Previous Post

Çörək ucuz olsa bölgələrdə etirazlar səngiyəcək?

Next Post

Daha bir ölkə İranla əlaqələri kəsdi

Bənzər yazılar

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...

Next Post

Daha bir ölkə İranla əlaqələri kəsdi

Daha bir ölkə İranla əlaqələri kəsdi

Son xəbərlər

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

19 Sentyabr 2026 - 15:19
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

19 Sentyabr 2026 - 13:58
Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

19 Sentyabr 2026 - 13:34
Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

19 Sentyabr 2026 - 13:15
ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

19 Sentyabr 2026 - 12:55
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

19 Sentyabr 2026 - 12:33
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

19 Sentyabr 2026 - 12:04
İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

19 Sentyabr 2026 - 11:46
FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

19 Sentyabr 2026 - 11:23
Ermənistan Hindistandan dron alır

Ermənistan Hindistandan dron alır

19 Sentyabr 2026 - 11:00
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

19 Sentyabr 2026 - 10:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.