Florida ştatında Coca-Cola zavodunun işçiləri böyük kimyəvi sızıntıdan sonra evakuasiya edilib. Ərazidəki sakinlərdən də bir müddət evdə qalmaları istənilib.
Elchi.az xəbər verir ki, Florida ştatının Auburndale şəhərindəki bir obyektdə çərşənbə günü səhər tezdən 20,000 gallonluq böyük bir tankın ammonyak sızdığı aşkar edildi və bütün işçilər müəssisədən təxliyə edildi, şəhər sözçüsü yerli mediaya bildirib.
Zavodun yaxınlığındakı iki bloklu ərazidə yaşayan sakinlərdən də evdən çölə çıxmamaları xahiş olunub.
Yanğınsöndürənlər sızıntını uğurla bağladıqdan bir neçə saat sonra qırmızı xəbərdarlıq ləğv edilib.
Bildirilib ki, təmizləmə əməliyyatları saat 15:30 radələrində başa çatıb.
Coca-Cola şirkəti yaxınlıqda işləyən bir neçə işçinin göz və boğaz qıcıqlanması ilə xəstəxanaya getdiyini açıqlayıb. Bundan başqa, xəsarət alanların olmadığı bildirilir.
Şayəstə