CNN.com-un köşə yazarı Stephen Kollinson yeni materialında yazıb ki, Ukrayna son vaxtlar Kiyevə maliyyə və hərbi yardım göstərən əsas Qərb tərəfdaşlarının bir sıra gözlənilməz hücumlarına məruz qalıb.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Hər şeydən əvvəl o, diqqəti ona yönəldib ki, respublikaçılar Amerika Konqresində hökumətin 45 gün ərzində müvəqqəti maliyyələşdirilməsi ilə bağlı qanun layihəsində Ukraynaya altı milyard dolların ayrılması ilə bağlı bəndin yer almamasını təmin ediblər. Kollinson onu da qeyd edib ki, parlament seçkilərində qalib gələn Slovakiyanın “Smer” partiyasının lideri Robert Fiko artıq Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü dayandıracağına söz verib.
Daha sonra o, qeyd edib ki, Kiyev və Varşava arasında ciddi fikir ayrılığına əlavə olaraq Vaşinqton və Bratislava tərəfindən Ukraynaya hücumlar baş verib. Jurnalist vurğulayır ki, Ukrayna üçün risklər artır, ona hərbi və maliyyə yardımı getdikcə Qərb ölkələrindəki seçki kampaniyalarından asılı vəziyyətə düşür.
Yeganə