İran və İsrail və onun müttəfiqləri arasında münaqişə iki ilə qədər davam edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan İran rəsmisinə istinadən məlumat yayıb.
“İran müharibənin iki ilə qədər davam edə biləcəyini təxmin edir və Tehran belə bir inkişafa hazırdır”, – bəyanatda deyilir.
Telekanalın mənbəsi onu da bildirib ki, İran müvəqqəti atəşkəs çağırışlarını İslam Respublikasının münaqişəni davam etdirməyə hazırlığını yoxlamaq cəhdi kimi qiymətləndirir.
Bundan əvvəl bildirilmişdi ki, İsrail ABŞ- ın Tehranın nüvə infrastrukturuna uğurlu zərbələrindən sonra yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları dayandıracağını gözləyir . “ABŞ bölgədəki ərəb rəsmilərinə İsrailin müharibəni mümkün qədər tez bitirmək istədiyini bildirib və onlardan bu mesajı İrana çatdırmağı xahiş edib”, – məlumatda deyilir.
Nuranə Məmmədova


















