Çinin raket qalıqları Filippinə düşdü

72

Çinə aid olduğu düşünülən və daha əvvəl atmosferə girdiyi təsbit edilən raketin qalıqları Filippin sahillərində tapılıb.

Elchi.az xəbər verir ki bu barədə Filippin Kosmik Agentliyindən verilən açıqlamaya görə, tapılan dağıntılar çox güman ki, oktyabrın 31-də Çindən atılan Long March 5B raketinin hissələridir.

Agentlik daha əvvəl ictimaiyyətə xəbərdarlıq etmişdi ki, raket parçaları ölkənin qərb hissəsindəki Palavan bölgəsinə düşə bilər. Mütəxəssislər bütün fotoşəkilləri, o cümlədən Çin bayrağının bir hissəsi olduğu düşünülən ikonaları araşdırdıqlarını açıqladılar.
Bundan əlavə, Filippin rəsmiləri Birləşmiş Millətlər Təşkilatının (BMT) iki razılaşması çərçivəsində kosmosa raket atma cəhdləri nəticəsində dəyən zərər və ya xəsarətlər üçün kompensasiya tələb etməyə çalışdıqlarını açıqladılar.

Şayəstə