Çinin Qazaxıstan və Qırğızıstan sərhədləri yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Elchi.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii hadisənin episentri Çinin Aksu yaşayış məntəqəsindən 137 km cənub-qərbdə və Almatıdan 272 km cənub-şərqdə, zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.