Harbin Texnologiya İnstitutu və Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası ölkənin ilk kosmik stansiya yer simulyatorunu inşa edib.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” Çin KİV-nə istinadən yazır.
Yerüstü simulyatorun infrastrukturu bizə kosmik materiallar və alətlər, maqnitosfer, günəş radiasiyası və plazma fizikası ilə bağlı məsələləri araşdırmağa imkan verəcək.
Heilongjiang əyalətinin şimal-şərqindəki Harbin şəhərində yerləşən obyekt fevralın 27-də istifadəyə verilib. Çin Elmlər Akademiyasının üzvü Han Jiecai’nin sözlərinə görə , simulyator elmi və texnoloji innovasiyalarda böyük irəliləyişləri asanlaşdıracaq və mühəndis nəsillərinin yetişməsinə kömək edəcək.
Nuranə Məmmədova