"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Çingiz Əsədullayevi qoruyan küveytli “MƏLƏK”

21 Noyabr 2015 - 11:09
in GÜNDƏM, MANŞET
FacebookVatsap

2000-ci ildən Fransada yaşayan MTN-in keçmiş əməkdaşı Ramin Nağıyev “Yeni Müsavat”a müsahibəsində Eldar Mahmudovu Azərbaycanda vəhhabiliyin sələfi qolunun gücləndirməkdə ittiham edib.
XəzərNews.az mövzunu araşdıraraq daha ilginc informasiyalar əldə edib.
Belə ki, Eldar Mahmudovun spiker Oqtay Əsədovla  yaxınlığı səbəbindən Çingiz Əsədullayev  Milli Məclisdə Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna sədr “seçilir”. Sələfilərin əsas maliyyə dəstəkçilərindən olan Küveyt Fondu ilə əlaqə də elə məhz bu dostluq qrupunun vasitəsilə qurulur. Beləliklə, Fond vasitəsilə Azərbaycana maliyyə axını bərpa olunur.  Niyə bərpa olunur, bəs nə zaman kəsilmişdi?
İddia olunur ki, əvvəllər Küveyt Fondundan gələn vəsaitlərə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevlə QMİ sədri Allahşükür Paşazadə nəzarət edib. Hətta, “İrşad” otel də həmin illərdə məlum vəsait hesabına tikilib. Lakin çox keçmir ki, həmin otel üstündə Şeyxlə Rafiq Əliyevin mübahisəsi yaranır. R.Əliyev oteli Şeyxdən ala bilsə də bir az sonra vəzifəsi ilə vidalaşmalı olur.
Amma E.Mahmudova da hesab gedirdi, əks təqdirdə Rafiq Əliyev şantaj olunar, çünki acgöz MTN şefi baş verənlərdən xəbərdar idi. Əlbəttə, bütün bunları Küveyt Fondu görür və məyus olurdu. Paşazadə-Əliyev qarşıdurması Azərbaycanda vəhabi-sələfi qruplarının inkişafına mane olurdu. Bu isə Fonda heç cür sərf etmirdi.
Küveyt Fondu Azərbaycanda dinə nəzarət edən iki qurumun münasibətlərindəki gərginliyi və hüquq-mühafizə orqanlarının vaxtaşırı təzyiqlərindən qurtulmaq üçün problemi kompleks həll edir. Bu həll variantı isə təbii ki, Eldar Mahmudovun vasitəsi ilə olur. Fond dərk edirdi ki, iradəsi zəif və pula həris MTN şefi ilə əlaqə qurmaqla Azərbaycanda istədiyi fəaliyyəti həyata keçirə biləcəklər. Elə də olur, yəni hər şey qaydası ilə gedir. O zamana qədər ki, “Əbu Bəkr” Məscidi partladılır və ölkənin üst qatında bu kimi təriqətlərə qarşı mübarizə tədbirlərinə start verilir, məscidin qapıları qıfıllanır.
Vəhhabilərin “Əbu Bəkr” Məscidindəki partlayışdan sonra fəaliyyətləri qadağan olunanda Küveyt Fondunun rəhbərləri təcili Bakıya gələrək Milli Məclisdə Azərbaycan-Küveyt Parlamentlərarası Dostluq Qrupunda görüş keçirirlər və xəbərdarlıq edirlər ki, əgər sələfilərin fəaliyyəti bərpa olunmazsa Fond maliyyə yardımını kəsəcək. Küveyt Fondunun xəbərdarlığından sonra rəhbərliyə müraciət olunur və sələfilərin məscidləri açılmasa da fəaliyyətlərinə icazə verilir.
Maliyyənin də Azərbaycana Eldar Mahmudovla Çingiz Əsədullayev və Oqtay Əsədovun şərikli qurduqları “AGBank” vasitəsilə daxil olduğu bildirilir.  Çingiz Əsədullayev Azərbaycan-Küveyt Parlament Dostluq Qrupuna rəhbər təyin olunduqdan sonra Fondun gəliləri birbaşa MTN-nin nəzarətinə keçir. Hazırda “AG Bank”ın rəhbəri Ç.Əsədullayev deputat mandatından məhrum edilsə də Küveyt Fondundan gələn vəsaitə nəzarət edəcək adam tapılana qədər ona toxunulmayacaq.
Qeyd olunur ki, Ç.Əsədullayev artıq MTN-nin yeni rəhbərliyi ilə dil tapıb. Məhz ona görə də heç zaman mediaya danışmayan Əsədullayev son günlər mediaya palaz-palaz müsahibələr verir. Mətbuatda “AGBank”ın vəsaitlərini artıraraq uğurlu fəaliyyət göstərdiyi barədə materialların mediada yer almasına və onun rəhbəri Ç.Əsədullayevin “təmizə çıxarılması”na icazə verilib.
İndi  zaman Ç.Əsədullayevin xeyrinə işləyir. Zamanın duracağı gün isə yəqin ki, çox da uzaqda da deyil.
Xatırladaq ki, 2004-cü ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna gətiriləndən sonra Səudiyyə fondlar yenidən Bakıda nümayəndəliklərini açdılar, böyük maliyyə axını başladı, sələfilər ölkədə rahat, açıq fəaliyyətə keçdilər, ətraflarına çox sayda tərəfdarlar toplamağa başladılar. Qısa müddətdə təkcə Bakıda sələfilərin 15-20 min tərəfdarı yarandı.

 

Bunu da oxuyun

ÜST-dən Ebola xəbərdarlığı: “Ən sürətlə yayılan epidemiya”

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Previous Post

Çingiz Əsədullayevi qoruyan küveytli “MƏLƏK”

Next Post

Çində kömür mədənində yanğın olub, 21 nəfər ölüb

Bənzər yazılar

ÜST-dən Ebola xəbərdarlığı: “Ən sürətlə yayılan epidemiya”

ÜST-dən Ebola xəbərdarlığı: “Ən sürətlə yayılan epidemiya”

03 Sentyabr 2026 - 10:32

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında sürətlə yayılan Ebola epidemiyası ilə bağlı həyəcan verici məlumatlar yayımladı. ÜST-ün baş direktoru...

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. Elchi.az  xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya...

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44

Taksi sifarişi və qida çatdırılması xidmətləri göstərən Amerikanın "Uber Technologies Inc." şirkəti idarəetmə pillələrinin azaldılmasına yönəlmiş miqyaslı yenidənqurma çərçivəsində qlobal...

Putin Mertsin siyasəti barədə sərt danışdı

Putin Mertsin siyasəti barədə sərt danışdı

02 Sentyabr 2026 - 15:00

"Almaniya kansleri Fridrix Merts ölkə vətəndaşlarının maraqlarını müdafiə etmir, əksinə, onları qurban verir". Elchi.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir...

Next Post

Çində kömür mədənində yanğın olub, 21 nəfər ölüb

Çində kömür mədənində yanğın olub, 21 nəfər ölüb

Son xəbərlər

Azərbaycanda ərzaq inflyasiyasını 2 ay öncədən göstərən indeks hazırlanıb

Azərbaycanda ərzaq inflyasiyasını 2 ay öncədən göstərən indeks hazırlanıb

03 Sentyabr 2026 - 12:29
FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirdi

FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirdi

03 Sentyabr 2026 - 12:21
Premyer Liqada IV turun oyunlarına təyinatları açıqlandı

Premyer Liqada IV turun oyunlarına təyinatları açıqlandı

03 Sentyabr 2026 - 12:10
Azərbaycan və Litva XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan və Litva XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

03 Sentyabr 2026 - 11:53
“Din xadimlərinə erkən nikah, uşaq hüquqları üzrə xüsusi təlimlər keçirilməlidir” – Elnur Mustafayevdən sərt mesaj

“Din xadimlərinə erkən nikah, uşaq hüquqları üzrə xüsusi təlimlər keçirilməlidir” – Elnur Mustafayevdən sərt mesaj

03 Sentyabr 2026 - 11:47
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Avqustun 27 günü havanın temperaturu iqlim normasından yuxarı olub

03 Sentyabr 2026 - 11:41
Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndərilib

Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndərilib

03 Sentyabr 2026 - 11:36
Aİ Azərbaycanla mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığı davam etdirəcək

Aİ Azərbaycanla mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığı davam etdirəcək

03 Sentyabr 2026 - 11:30
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

03 Sentyabr 2026 - 11:29
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi başlayıb

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi başlayıb

03 Sentyabr 2026 - 11:27
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident San Marinonun Regent Kapitanlarını təbrik edib

03 Sentyabr 2026 - 11:20
UEFA “Fənərbağça” və iki ulduzuna qarşı araşdırma başlatdı

UEFA “Fənərbağça” və iki ulduzuna qarşı araşdırma başlatdı

03 Sentyabr 2026 - 11:13
Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant qaşlar aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant qaşlar aşkarlanıb

03 Sentyabr 2026 - 11:04
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır

Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır

03 Sentyabr 2026 - 11:01
İran ABŞ hücumlarında ölənlərin sayını açıqladı: 18 ölü, 142 yaralı

İran ABŞ hücumlarında ölənlərin sayını açıqladı: 18 ölü, 142 yaralı

03 Sentyabr 2026 - 10:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.