Çin, ABŞ-ın suverenlik mübahisəsi olan Tayvana silah satışında vasitəçilik etdikləri səbəbiylə 5 Amerika müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edəcəyini açıqladı.
Elchi.az xəbər verir ki, Çin Tayvana silah satdığı üçün ABŞ-ın 5 şirkətinə sanksiya tətbiq edəcək.
Çin Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, Tayvan bölgəsinə silah satışının “bir Çin” prinsipini pozduğu və Çin Xalq Respublikası ilə diplomatik əlaqələrin əsasını təşkil edən Üç Birgə Bəyannaməyə zidd olduğu bildirilib. Açıqlamada Çinin Xarici Sanksiyalar Qanununa uyğun olaraq 5 Amerika müdafiə sənayesi şirkətinə, yəni BAE Systems Land and Armament, Alliant Techsystems Operation, AeroVironment, ViaSat və Data Link Solutions-a sanksiya tətbiq etməyə qərar verdiyi vurğulanıb.
Nuranə Məmmədova