Çində zavodda partlayış baş verib, 200-dən çox xilasedici cəlb edilib

🗓 27.05.2025 14:00 ✍️ "Elçi" qəzeti
Çində zavodda partlayış baş verib, 200-dən çox xilasedici cəlb edilib
Çinin Şandun əyalətindəki kimya zavodunda baş verən partlayışın nəticələrinin aradan qaldırılması üçün 232 xilasedici və 55 texnika cəlb edilib. Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Zərərçəkənlərin sayı barədə məlumat verilməyib. Çinin fövqəladə halların idarə edilməsi üzrə naziri Van Syansi yanğının tez bir zamanda söndürülməsi, araşdırma və axtarış-xilasetmə işlərinin aparılması üçün peşəkar qüvvələrin təşkil edilməsini, həmçinin yaralıların müalicəsi üçün tibb mütəxəssislərinin cəlb edilməsini tələb edib.

Bənzər yazılar