Çində karantində olan mənzildə yanğın: 10 nəfər ölüb

37

Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçi şəhərində COVID-19 səbəbilə karantində olan mənzildə baş verən yanğında 10 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, dövlət mediasının məlumatına görə, dünən saat 18.00-da Tiansan şəhərinin mərkəzi rayonunda yaşayış kompleksində yanğın baş verib.
Mənzilin 15-ci mərtəbəsində başlayan yanğın 17-ci mərtəbəyə, tüstü isə 21-ci mərtəbəyə çatıb. Tüstüdən 10 nəfər ölüb.
Yanğınsöndürənlər yanğını cəmi 3 saata söndürə biliblər.
Sosial şəbəkələrdə COVİD-19 epidemiyası ilə əlaqədar binanın karantinə alındığı üçün mənzil sakinlərinin içəridə sıxışdırıldığı paylaşılarkən, yanğınsöndürmə bölməsinin də tədbirlərlə əlaqədar olaraq yanğınsöndürənlərin gec gəlməsinə reaksiya verib.
Səlahiyyətlilər ərazinin “az riskli” bir nəzarət zonası olduğunu, mənzildə yaşayanların çölə çıxa biləcəyini iddia etsə də, epidemiyaya nəzarət məlumat bazalarında rayonun hələ də “yüksək riskli” olaraq təsvir edildiyi görüldü.

Şayəstə