Çində bir müddət yoxa çıxandan sonra vəzifəsindən uzaqlaşdırılan müdafiə naziri Li Şanfunun yerinə Hərbi Dəniz Qüvvələri komandanı admiral Donq Jun təyin edilib.
Elchi.az xəbər verir ki, Sinxua Xəbər Agentliyinin məlumatına görə, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Mərkəzi Komitəsi Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində çalışmış admiral Donqu ölkənin yeni müdafiə naziri təyin edib.
Çinin müdafiə naziri Li uzun müddət naməlum səbəbdən ictimai tədbirlərdə iştirak etmədiyi üçün oktyabrın 24-də vəzifəsindən azad edilib. Linin yerinə təyinat olmadığı üçün Müdafiə Nazirliyinin vəzifəsi uzun müddət boş qaldı.
Nuranə Məmmədova