Çin Yaponiyanın artan hərbi potensialından narahat olduğunu bildirib, Tokio isə casus şarları ilə bağlı şübhələrini ifadə edərək, Pekini Rusiya ilə hərbi əlaqələrinə görə tənqid edib.
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, bu ittihamlar Asiya gücləri arasında bu gün baş tutan danışıqlar zamanı dörd ildə ilk dəfə səslənib.
İki ölkə arasında gərginliyi azaltmaq məqsədi daşıyan danışıqlar Tokioda Pekinin Tayvana nəzarəti ələ keçirmək üçün güc tətbiq edəcəyi ilə bağlı qorxular fonunda baş tutub.
“Beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət əhəmiyyətli dəyişikliklərə məruz qalıb və biz birtərəfli yanaşmanın, proteksionizmin və soyuq müharibə zehniyyətinin qayıdışının şahidi oluruq”, – Çinin xarici işlər nazirinin müavini Sun Weidong Yaponiyanın xarici işlər nazirinin müavini ilə görüşün əvvəlində deyib.
Yaponiya Xarici İşlər Nazirliyi görüşdən sonra dərc edilən bəyanatda Yaponiyanın da Tayvan boğazında sülh və sabitliyin vacibliyini vurğuladığını bildirib.
İki ölkə yazda birbaşa rabitə qaynar xəttinin yaradılması, eləcə də təhlükəsizlik sektorunun yüksək vəzifəli şəxsləri arasında dialoqun inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Yeganə