ABŞ-ın 5 senatoru Bayden administrasiyasına göndərdikləri məktubda tənəffüs yoluxucu xəstəliklərin artdığı Çin və ABŞ arasında səyahət qadağasının tətbiqini istəyib.
Elchi.az xəbər verir ki, Marko Rubionun başçılıq etdiyi 5 respublikaçı senator Çində tənəffüs yoluxucu xəstəliklərlə bağlı qəfil artımdan sonra Bayden administrasiyasına məktub yazıb.
Məktubda Çində uşaqlar arasında sürətlə yayılan “sirli” və “naməlum” xəstəliyə toxunaraq, ” Bu yeni xəstəliyin yaratdığı təhlükələr haqqında daha çox məlumat alana qədər ABŞ və Çin arasında səyahətləri dərhal məhdudlaşdırmalıyıq ” deyilir. Məktubda Çinin Covid-19 epidemiyası zamanı faktları gizlətdiyi xatırladılıb və bunun ABŞ-a baha başa gəldiyi vurğulanıb.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Maria Van Kerkhove ötən həftə mövzu ilə bağlı verdiyi açıqlamada Çində görülən xəstəlik dalğasının 2018-2019-cu illərdə Covid-19-dan əvvəl müşahidə olunan qədər yüksək olmadığını bildirib.
Nuranə Məmmədova