Çin mayeləşdirilmiş təbii qaz (LNG) istehlakçıları bazar qiymətindən böyük endirimlə satılan Rusiya istehsalı xammalı əldə etmək niyyətindədirlər.
Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə “Bloomberq” məlumatlı mənbələrə və treyderlərə istinadən xəbər verir.
Məlumata görə, “Sinopec” və “Petroshina” da daxil olmaqla Çinin dövlət şirkətləri Rusiyadan spot LNG partiyalarını böyük endirimlə almaq üçün təchizatçılarla danışıqlar aparır.
Treyderlərin sözlərinə görə, bu LNG Mərkəzi Asiyadan gətirilən xammalın qiymətinə nisbətən 10%-dən çox endirimlə satılır. Səmavi İmperatorluğun hazırda isti hava və COVID-19 qorxusunun azalması səbəbindən bu yanacağın kəskin çatışmazlığı yaşamamasına baxmayaraq, belə ucuz enerji resursunun alınması Pekinə qiymətlərin mövsümi artımından əvvəl rezervuarlarını doldurmağa imkan verəcək.