Çin Rusiya və Ukraynanı atəşi dayandırmağa və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Çjan Jun deyib.
Bundan başqa, Çin hesab edir ki, ABŞ, Avropa İttifaqı və NATO danışıqlara qoşulmalıdır. Qərb Rusiya ilə təhlükəsizliyin bölünməzliyi prinsipi əsasında hərtərəfli, dərin dialoq aparmaq üçün danışıqlar masasına oturmalıdır.
“Onlar balanslaşdırılmış, səmərəli və güclü təhlükəsizlik arxitekturasını necə yaratmağı, ümumi təhlükəsizliyə necə nail olmağı müzakirə etməlidirlər” deyə Zhang Jun qeyd edib.
Havar Şəfiyeva