Çin prezidenti Pekinin Ukrayna böhranı məsələsində obyektiv və ədalətli mövqe tutmaq niyyətində olduğunu açıqlayıb.
Pekin Moskvanın Ukraynadakı münaqişənin diplomatik danışıqlar yolu ilə həllindən imtina etmədiyinə diqqət çəkib və bunu yüksək qiymətləndirir.
Elchi.az xəbər verir ki, bu sözləri cümə günü, dekabrın 30-da Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı Çin sədri Si Cinpin deyib.
“Çin tərəfi Rusiya tərəfinin münaqişənin diplomatik danışıqlar yolu ilə həllindən heç vaxt imtina etmədiyi barədə bəyanatlarına diqqət çəkib, Pekin bunu yüksək qiymətləndirir”, – Çin lideri Çin Mərkəzi Televiziyasından sitat gətirib.
Si Tszinpin Pekinin Ukrayna münaqişəsi məsələsində obyektiv və ədalətli mövqeyə sadiq qalmaqda davam etmək, eləcə də sülh yolu ilə nizamlanmada konstruktiv rol oynamaq niyyətini qeyd edib.
Xatırladaq ki, Si Cinpin Putinlə görüşdə də bu il ölkə liderlərinin müntəzəm görüşləri səbəbindən Pekin və Moskvanın sıx strateji təmasda olduğunu bildirmiş, Çinin Rusiya ilə strateji əməkdaşlığı daha da artırmaq niyyətində olduğunu bildirmişdi.
Yeganə