Çin Hərbi Dəniz Qüvvələri Cənubi Çin dənizi akvatoriyasında “H-6L” bombardmançılarını müşayiət etmək üçün Rusiyanın uzaqmənzilli “Su-30MKK” qırıcılarından istifadə edib.
Elchi.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” (MWM) məlumat yayıb.
Rusiya istehsalı olan qırıcılar genişmiqyaslı güc nümayişi çərçivəsində cəlb edilib. Çin aviasiyasının uçuşu Pekinin adanın ərazi suları və hava məkanı üzərindəki hakimiyyətini nümayiş etdirmək məqsədi daşıyır.
Xuan-yan (Skarboro rifi) adası Cənubi Çin dənizində ÇXR və Filippinin iddia etdiyi mübahisəli ərazidir. Çin tarixi hüquqlarına əsaslanaraq adaları özününkü hesab edir, Filippin isə özünün müstəsna iqtisadi zonasına yaxınlığını əsas gətirərək buna etiraz edir.
Məryəm





















