“Associated Press” agentliyinin verdiyi məlumata görə, Çin müdafiə büdcəsinin artırılması ilə bağlı qərar verib.
Elchi.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat katibi Vanq Çao bildirib.
Çao müdafiə büdcəsinin ÜDM-də payı kimi sabit qaldığını və Çinin hərbi modernləşdirilməsinin heç bir ölkə üçün təhlükə yaratmayacağını söyləyib.
“Əksinə, bu, regional sabitliyin və dünya sülhünün qorunması üçün yalnız müsbət qüvvə olacaq. Müdafiə xərclərinin artırılması mürəkkəb təhlükəsizlik problemlərinin həlli və böyük ölkə kimi Çinin üzərinə düşən vəzifələri yerinə yetirmək üçün lazımdır”-Çao bildirib.
Dünya Bankının məlumatına görə, Çin 2021-ci ildə ÜDM-in 1,7%-ni hərbi ehtiyaclara xərclədiyi halda, ABŞ böyük xarici öhdəlikləri ilə nisbətən daha yüksək 3,5%-ni xərcləyib.
Dünyanın ən böyük daimi ordusu ilə yanaşı, Çin dünyanın ən böyük donanmasına malikdir və bu yaxınlarda üçüncü təyyarədaşıyan gəmisini işə salıb. O, böyük bir raket ehtiyatına, eləcə də gizli təyyarələrə, nüvə silahı daşıya bilən bombardmançılara, qabaqcıl yerüstü gəmilərə və nüvə sualtı qayıqlarına malikdir.
Yeganə