Çin Mərkəzi Bankı Qərbin təzyiqlərinə cavab verməyə hazır olduğunu bildirib

68

Tənzimləyici maliyyə risklərini aradan qaldırmaq və digər zəruri tədbirlər görmək niyyətindədir.
Elchi.az xəbər verir ki, Çinin mərkəzi bankı ABŞ da daxil olmaqla, Qərb ölkələrinin təzyiqlərinə layiqincə cavab vermək niyyətindədir.
Bu barədə tənzimləyicinin saytında 15 mart 2023-cü il, çərşənbə günü dərc edilən bəyanatda deyilir.
Tədbirlər arasında Çin Mərkəzi Bankı maliyyə risklərinin qarşısının alınması və aradan qaldırılması, fövqəladə hallara cavab planının təkmilləşdirilməsi, pul sektorunda bazarın və infrastrukturun düzgün işləməsinin dəstəklənməsini qeyd edib.
Çin tənzimləyicisi həmçinin ölkədə daşınmaz əmlak bazarının stabil inkişafı üçün şərait yaratmaq niyyətindədir.
Çinin Baş naziri Li Qianq Çin və ABŞ-ın əməkdaşlıq etməli olduğu fikrini bildirib, çünki iki ölkənin iqtisadiyyatı sıx bağlıdır. O xatırladıb ki, 2022-ci ildə bu dövlətlər arasında rekord həcmdə 760 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb və biznes əlaqələrinin kəsilməsi nə Pekinə, nə də Vaşinqtona xeyir verməyəcək.
Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Vaşinqtonu bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə hörmətlə yanaşmağa, habelə xarici şirkətlərə təzyiqləri dayandırmağa çağırıb. Diplomat ABŞ-da prezidentə məşhur sosial şəbəkə TikTok-un Amerikada fəaliyyətinə qadağa qoymağa imkan verən qanun layihəsinin qəbul edilməsinə belə reaksiya verib.

Şayəstə