Çin Yer orbitində qurduğu kosmik stansiyaya dördüncü tədarük səfərinə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmik Ekspedisiya Agentliyinin (CMSA) verdiyi açıqlamada, “Tiencou (səma gəmisi)-5” yük gəmisinin “Long March 7 Y6” raketi ilə Haynan adasındakı Vinçang Kosmik Kosmik Atış Mərkəzindən buraxıldığı bildirilib.
Kosmik stansiyaya təxminən 5 ton ağırlığında avadanlıq və ləvazimat daşıyan şatlın buraxılışdan 10 dəqiqə sonra planlaşdırılmış orbital mövqeyinə yerləşdiyi və hərəkətini təmin etmək üçün günəş enerjisi panellərinin açıldığı bildirilib.
Şatlın gün ərzində stansiyaya çatması və Tienhi (səma harmoniyası) əsas modulunda dayanması gözlənilir.
Təchizat ekspedisiyası gələn ay “Shincou (müqəddəs gəmi)-15” servisi ilə stansiyaya göndəriləcək yeni taikonavt komandasının ehtiyaclarını ödəməyi hədəfləyir.
Əvvəllər kosmik stansiyaya tədarük uçuşları 2021-ci il mayın 29-da Tiencou-2 yük gəmisi ilə, 20 sentyabr 2021-ci ildə Tiencou-3 yük gəmisi ilə və 9 mayda Tiencou-4 yük gəmisi ilə təşkil edilib.
Şayəstə