Noyabrın 1-də qırxıncı Çin Antarktika elmi ekspedisiyası işə başladı, onun çərçivəsində onlar Ross dənizi yaxınlığında yeni stansiyanın tikintisini başa çatdırmaq niyyətindədirlər. Bu, Çinin Antarktidadakı beşinci tədqiqat stansiyası olacaq və 2024-cü ilin fevralına qədər inşa edilməsi planlaşdırılır.
Elchi.az xəbər verir ki, bu barədə “Global Times” yazır.
Nəşrin məlumatına görə, ekspedisiyaya “Xuelong” və “Xuelong-2” buzqıran gəmiləri, həmçinin “Tianhui” yük gəmisi çıxıb. Onlar beşinci Çin stansiyasının tikintisi üçün avadanlıq və materialları daşıyacaqlar.
Bildirilir ki, ekspedisiya beş aydan çox davam edəcək və orada iqlim dəyişikliyinin Antarktida ekosisteminə təsirini, eləcə də bu regionun iqlim dəyişikliyində rolunu öyrənəcək 460-dan çox insan iştirak edəcək.
Nuranə Məmmədova