Çin alimləri ABŞ-da yeni ittihamlarla qarşılaşır

🗓 04.06.2025 11:17 ✍️ "Elçi" qəzeti
Çin alimləri ABŞ-da yeni ittihamlarla qarşılaşır

ABŞ iki çinli alimi “kənd təsərrüfatı terroru”nda ittiham edib. Baş qaralmasına səbəb olan və milyardlarla dollar ziyana səbəb ola biləcək təhlükəli göbələyi qaçaqmalçılıq yolu ilə keçirməkdə günahlandırılan ikilinin Miçiqan Universitetinin laboratoriyasında qeyri-qanuni araşdırma aparmaq istədiyi iddia edilir.
Elchi.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi iki çinli alimin ciddi xəstəliklərə səbəb ola biləcək və kənd təsərrüfatına milyardlarla dollar zərər vura biləcək bir növ göbələk keçirməyə çalışdığını açıqlayıb.
33 yaşlı Yunqing Jian və 34 yaşlı Zunyong Liu Miçiqan ştatının Şərq Bölgəsi Prokurorluğu tərəfindən "sui-qəsd, qaçaqmalçılıq, yalan ifadələr və viza saxtakarlığı" ilə ittiham edilib.
Onlar ABŞ universitetində araşdırma aparmalı idilər
Səlahiyyətlilər bildiriblər ki, Jian və Liu gizli şəkildə ABŞ-a “baş bədxassəsi” xəstəliyinə səbəb olan Fusarium graminearum göbələyi gətiriblər. Bu göbələk buğda, arpa, qarğıdalı və düyü kimi əsas kənd təsərrüfatı məhsullarına təsir edərək böyük məhsul itkisinə səbəb olur. FTB, bu göbələyin elmi mənbələrdə “potensial kənd təsərrüfatı terror silahı” olaraq təsnif edildiyini qeyd edərək, sözügedən növün həm insanlar, həm də heyvanlar üçün ciddi sağlamlıq riskləri yaratdığını vurğuladı. Göbələyin ürək bulanması, qaraciyərin zədələnməsi, reproduktiv problemlər kimi təsirləri olduğu bildirilib.

Şayəstə Hüseynova

Bənzər yazılar