Çin ABŞ-ın Tayvana silah satışı ilə bağlı tədbir görəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.
“Biz Amerika silahlarının Tayvana satılmasına qəti şəkildə qarşıyıq, bu qəti və aydın mövqedir” dedi. Pekin “milli suverenlik və ərazi bütövlüyünü” qorumaq üçün ABŞ-ın hərəkətlərinə cavab olaraq güclü və qəti addımlar atacaq.
Müdafiə sözçüsü vurğulayıb ki, ABŞ ada ilə hərbi əlaqələri dayandırmalıdır. “Biz israr edirik ki, ABŞ tərəfi “vahid Çin” prinsipinə və bizim üç birgə kommünikemizə əməl etsin”, – Xiaoqang əlavə edib.
Havar Şəfiyeva