Pekin Vaşinqtonu Çinə ehtiyat neft satışına qoyulan qadağanı dayandırmağa çağırır.
Elchi.az xəbər verir ki, Pekin Vaşinqtonu soyuq müharibə zehniyyətindən əl çəkməyə və Çinə ehtiyat neft satışına qoyulan qadağanı dayandırmağa çağırır. Müvafiq bəyanatla Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin cümə günü, 13 yanvar 2023-cü il tarixində çıxış edib.
“Biz ABŞ-ın müvafiq siyasətçilərini soyuq müharibə zehniyyətindən, sıfır məbləğli oyundan və ideoloji qərəzdən əl çəkməyə çağırırıq”, – Venbin bildirib.
Diplomat ABŞ-ın əvəzində Çinlə münasibətləri inkişaf etdirməyə diqqət yetirməyi və qarşılıqlı etimad və əməkdaşlığı gücləndirmək üçün addımlar atmağı təklif edib.
Şayəstə