Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin ABŞ-ı Suriyadan neft və taxıl qaçaqmalçılığı ilə ittiham edib.
Elchi.az Trthaber-ə istinadən xəbər verir ki, o, ABŞ-ın qaçaqmalçılıq yolu ilə Suriyadan neft çıxardığını bildirib.
“ABŞ-ın Suriyanı talan etməsinin aşkarlanması və rüsvayçılığı bizi dəhşətə gətirir”,-deyə V.Vibin qeyd edib.
Vinbin ABŞ-ın bu ayın əvvəlində Suriyadan qaçaqmalçılıq yolu ilə 60 tanker və yük maşını neft və taxıl daşıdığını iddia edib.
O, ABŞ-ı Suriyada enerji və humanitar böhranı dərinləşdirməkdə ittiham edib.
Vinbin Vaşinqton administrasiyasını beynəlxalq hüquqa əməl etməyə və neft oğurluğuna görə cavab verməyə çağırıb.
Yeganə