"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Cibgir məmurlar tutulacaq

03 Fevral 2015 - 13:24
in HADİSƏ
FacebookVatsap

49Prezident İlham Əliyev dövlət qulluqçularını sərt hədələdi

Bunu da oxuyun

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

“Biz sanki Qazaxıstan fermerlərinin təsərrüfatının çiçəkləndirilməsi ilə məşğuluq”. Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində aqrar islahatlar üzrə ekspert Vahid Məhərrəmov deyir.

Uzun illər aqrar sahədə çalışmış və hazırda bu sahədə tədqiqatlarla məşğul olan mütəxəssis fikrini əsaslandırmaq üçün taxılçılıqdan danışır: “Ölkədə nə qədər arpa və ya buğda əkildiyini demək qeyri-mümkündür, yalnız əvvəlki ilə nisbətən artım və ya azalmadan danışmaq olar. Bunu da yalnız idxalla müəyyən etmək olur. İnişil idxal 1,5 milyon tona yaxın idi, keçən il isə 1,2 milyona yaxın olub. Amma keçən ilki azalma inişilki artımla əlaqədardır. Hesablamalar göstərir ki, ölkədə ərzaq buğdası istehsalı demək olar ki, yoxdur. Çünki Azərbaycanın ərzaq buğdasına olan tələbatı təxminən 1,2 milyon ton ətrafındadır və o da idxal hesabına ödənir”.

Halbuki, rəsmi statistikaya görə, 2013-cü ildə 690 min hektara yaxın ərazidə buğda əkilib və 1,9 milyon ton buğda istehsal edilib. Təbii ki, bu qədər məhsul ölkənin hətta buğda ixrac etməsinə imkan verərdi. Mütəxəssislər Azərbaycanın ərzaq buğdasına 1,2 milyon ton, yem buğdasına isə 0,5 milyon ehtiyacı olduğunu bildirirlər. Bu minvalla Azərbaycan xaricdən buğda almalı deyildi və hətta 200 min tona yaxın buğda satmalı idi. Reallıq isə göstərir ki, Azərbaycanın buğda istehsalı 0,5 milyon tondan çox deyil və rəsmi statistika təxminən 4 dəfə şişirdilir.

Bunu ANS PRESS-in regionlarda apardığı araşdırma da sübut edir. Məsələn, statistikaya görə, 2000-ci ildə Şəkidə 30 min hektarda buğda əkilib və 2013-cü ildə bu göstərici 60 min hektara çatdırılıb. Yəni bu minvalla Şəkidə boş yer qalmamalı idi və dərə-təpə hər yan buğda əkini olmalı idi. Reallıq isə tam tərsinədir. Yerli əhalinin dediyinə görə, 10 il qabaq taxıl əkinləri indiki ilə müqayisədə xeyli çox idi. O vaxt camaat əsasən taxılçılıqla dolanırdı, indi isə dolanışıq üçün alternativ yollar seçirlər. Statistika isə yerli hakimiyyət orqanlarının sehrli çubuğu ilə şişirdilir, təbii ki, bu zaman taxıl əkinləri üçün ayrılan subsidiya pullarının da rolu az olmayıb.

Araşdırmlar göstərir ki, Şəki rayonu üzrə statistik göstəricilərin şişirdilməsi subsidiyaların verilməyə başladığı 2007-ci ildən sonraya təsadüf edir. Həmin il rayonda cəmi 27 min hektar əkin sahəsi qeydə alınsa da, subsidiya mexanizmi kağız üzərində əkin sahəsini 2008-ci ildə 50 min hektara qaldırıb, sonrakı illər müəyyən dəyişmələrlə 60 min hektara qədər yüksəlib. Kiçik əraziləri olan ailələr taxılı ümumiyyətlə əkməkdən imtina ediblər, müəyyən hörmət qarşılığında alınmış subsidiyaları una verməklə illik tədarüklərini görüblər. Nəticədə, ölkənin real buğda sahələri bir qədər də azalıb.

Məhz buna görədir ki, aqrar ekspert Vahid Məhərrəmov hər il büdcədən kənd təsərrüfatına yatırılan 650 milyon manat vəsaitin xeyli hissəsinin Qazaxıstan fermerlərinin işini çiçəkləndirməyə yönəldildiyini deyir: “Bunun təxminən 110 milyon manatı subsidiya şəklində fermerlərə verilir. Amma buna baxmayaraq biz hələ də taxılın əsas hissəsini Qazaxıstandan alırıq”. Ekspertin dediyinə görə, çox təəssüf ki, yerli buğda istehsalını dəstəkləmək üçün yaradılmış Dövlət Taxıl Fondu da məhz idxalı çiçəkləndirməklə məşğuldur və bu çox təhlükəlidir: “Dövlət Taxıl Fondunun ehtiyatları əvvəl 500 min ton idi, indii 750 min tona qaldırılıb. Fonda taxıl əsasən Qazaxıstandan, qismən də Rusiyadan gətirilir. Fondumuz Qazaxıstan fermerlərinin rəqabət qabiliyyətini artırmaqla məşğuldur. Həm də bu ölkələr müharibə şəraitində olan Azərbaycana istənilən zaman təzyiq göstərə bilərlər. Rusiya artıq ixrac etdiyi hər ton buğda üçün 37 avro rüsum tələb edir, yəni qiymət 37 avro artıb”.

Amma bu problem artıq çözülməkdədir. Aqrar sektorda bu oyunların getdiyi ölkə rəhbərliyinə də çatıb və dövlət başçısı yanvarın sonlarında keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu məsələyə toxunub. Ölkədə həyata keçirilən “elektron kənd təsərrüfatı” layihəsinin bu kimi problemləri aradan qaldıracağını deyən İlham Əliyev bu məsələdə Azərbaycanın istifadəyə verdiyi ikinci süni peyki “Azersky”ın böyük rolundan danışıb.

“İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox”, – deyə ölkə başçısı vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) də məsələ ilə bağlı geniş fəaliyyətə başlayıb. 2014-cü ilin statistik göstəriciləri hələ məlum olmasa da, Vahid Məhərrəmovun dediyinə görə, KTN-in apardığı yoxlamalar nəticəsində bu il taxıl əkinlərinin kağız üzərindəki sahəsini 120 min hektara qədər azaltmaq mümkün olub.

Amma istənilən halda şişirtmələrin kökü “elektron kənd təsərrüfatı” layihəsi tam gerçəkləşdirildikdən sonra alınacaq. Yəni peykin vasitəsi ilə istənilən an hansı sahədə nə əkildiyinə, həmin sahənin kim məxsus olmasına nəzarət etmək mümkün olacaq.

Lakin aqrar ekspert Vahid Məhərrəmov ölkə kənd təsərprüfatının inkişaf üçün təkcə “elektron kənd təsərrüfatı” layihəsinin gerçəkləşdirilməsini yetərli saymır. Onun fikrincə, buna paralel olaraq bütün ölkədə araşdırma ilə məşğul olacaq müstəqil işçi qrup yaradılmasını tövsiyyə edir: “Bu qrup müstəqil şəkildə bölgələrin torpaq-iqlim şəraitini, insanların təcrübəsini, su və torpaq resurslarını müəyyən eləməlidir. İlk hədəf daxili bazarın təmini olmalıdır. Bununla yanaşı, təşkilati işlər də aparmalıdır. Çünki torpaq paylarının əksəriyyəti kiçikdir və ayrıca əkin üçün rentabelli deyil. Sahələrin birləşdirilməsi üçün fermerlərlə söhbət aparılmalıdır. Əkinlərin rayonlaşdırılması üçün onlara nəyi əkməyin daha faydalı olması barədə məsləhətlər verilməmlidir və s.”.

ANS PRESS

Previous Post

Cibgir məmurlar tutulacaq

Next Post

İŞİD keşişi edam etdi

Bənzər yazılar

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

09 Oktyabr 2026 - 17:48

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən...

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

09 Oktyabr 2026 - 14:44

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır...

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Elchi.az-a verilən xəbərə görə, DSX Sərhəd...

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

08 Oktyabr 2026 - 16:35

İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib. Elchi.az xəbər verir ki,...

Next Post

İŞİD keşişi edam etdi

GDU-DA HƏBSLƏR BAŞLADI: REKTORUN BAŞI DƏRDDƏ - ŞOK TƏFƏRRÜAT

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.