Bildirilib ki, ABŞ Xarici Kəşfiyyat Təşkilatı CIA-nın direktoru Bill Burnsun Qahirəyə gedərək Qətər, Misir və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşərək İsraillə HƏMAS arasında məhbus mübadiləsi məsələsini müzakirə etməsi gözlənilir.
Elchi.az xəbər verir ki, ABŞ-ın “Axios” internet saytının mövzu ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Burnsun Misirin paytaxtı Qahirəyə səfərinin bu həftə sonu reallaşması gözlənilir.
Xəbərdə Burnsun Qahirəyə səfəri zamanı Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani, İsrail xarici kəşfiyyat təşkilatının Mossad direktoru David Barnea və Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamil ilə görüşəcəyi bildirilib.
Müzakirə edilən məhbus mübadiləsi təklifinin Qəzzada “6 həftəlik atəşkəsə” səbəb ola biləcəyi ifadə edilsə də, 700 fələstinli qarşılığında, qadın əsgərlər, qadınlar, 50 yaşdan yuxarı kişilər və sağlamlıq vəziyyəti ağır olanlar da daxil olmaqla ümumilikdə 40 israilli məhbusun azad oluna biləcəyi təxmin edilir.
HƏMAS Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan dünən keçirilən mətbuat konfransında “İsrail xalqdan və müqavimət güclərindən hücumları tamamilə dayandırmağı, Qəzzadan qoşunların çıxarılması, köçkünlərin geri qaytarılması və ya həqiqi məhbus mübadiləsi tələblərini rədd edir.
“İndiyədək danışıqlarda heç bir irəliləyiş olmayıb, əksinə, bütün səylərimizə baxmayaraq, onlar durğunluqda davam edir.” ifadələrini işlədib.
Şayəstə Hüseynova