CHP-də bəzi millət vəkilləri partiya lideri Kamal Kılıçdaroğlunun istefasını tələb edir

🗓 12.08.2014 17:33 ✍️ "Elçi" qəzeti

Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Əminəd2da746cd395079f65bb438f44bf4640 Ülkər Tarhan partiya rəhbərliyinin prezident seçkiləri dövründəki fəaliyyətini sərt tənqid edib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Ə. Ü. Tarhan bu sözləri CHP-dən olan digər millət vəkilləri Nur Sərtər və Süheyl Batum ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 Tarhan partiyanın uğursuzluğunda CHP lideri Kamal Kılıçdaroğlunun məsuliyyət daşıdığını bidlirib: “Türkiyədə ilk dəfə xalq səsverməsi ilə gerçəkləşən prezident seçkilərindən müxalifət çox ağır bir məğlubiyyətlə çıxdı – rəhbərliklər əksini desə də”.

 O, Ərdoğanın qələbəsini daha çox müxalifətin uğursuz namizəd seçimi və kampaniyanın düzgün aparılmaması ilə əlaqələndirib.

 Tarhan CHP-nin Mustafa Kamal Atatürkün prinsiplərindən uzaqlaşdığını dilə gətirərək, təcili yenidənqurmaya ehtiyac olduğunu qeyd edib və K. Kılıçdaroğlunu istefaya çağırıb.

Bənzər yazılar