Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib.
Bu barədə Elchi.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.
C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib. XİN-dən Elchi.az-a...





















Son şərhlər