Çexiyanın keçmiş baş naziri Babis bəraət qazanıb

50

Çexiyanın paytaxtı Praqada məhkəmə ölkənin keçmiş baş naziri Andrey Babisi Avropa İttifaqının (Aİ) fondları ilə bağlı korrupsiya işində təqsirli bilməyib.
Elchi.az xəbər veri ki, Praqa məhkəməsinin qərarı yanvarın 13-də Çexiyada keçiriləcək prezident seçkilərinin birinci turu öncəsi qəbul edilib.
Prokurorluq tərəfindən korrupsiya ittihamı ilə 3 il şərti həbs və 440 min dollar pul cəzası ilə mühakimə olunan keçmiş baş nazir Babişin günahkar olmadığına qərar verilib.
Babis AB fondlarının da daxil olduğu 2 milyon dollarlıq korrupsiya işində ona qarşı irəli sürülən ittihamları rədd edib və bunların “siyasi” motivli ittihamlar olduğunu iddia edib.
Məhkəmə qərarından apellyasiya şikayəti verilə biləcəyi bildirilsə də, keçmiş baş nazir Babisin yanvarın 13-də ölkədə keçiriləcək prezident seçkilərində istefada olan hərbi komandir Petr Pavel və keçmiş universitet rektoru Danuse Nerudova ilə yarışacağı gözlənilir.

Şayəstə