Çexiyada minlərlə insan küçələrə axışdı

67

Çexiyanın paytaxtı Praqada keçirilən hökumət əleyhinə nümayişdə minlərlə insan Ukraynada davam edən müharibənin sülh yolu ilə həllinə və bu ölkəyə silah tədarükünün dayandırılmasına çağırışlar üçün küçələrə axışıb.

Elchi.az xarici mediaya istinadən bildirir ki, paytaxtın mühüm meydanlarından biri olan Vatslasda toplaşan nümayişçilər 5 partiyalı koalisiya hökumətinə etiraz ediblər.

“Çexiya yoxsulluğa qarşı” şüarı ilə təşkil olunan nümayişi müxtəlif qeyri-hökumət təşkilatları, xüsusilə sağçı anti-hökumət partiyaları təşkil edib.

Hökumətin istefasını tələb edən nümayişçilər sosial mediaya təzyiqlərə son qoyulmasını, ədalətli və obyektiv hesabatların verilməsini təmin edəcək qaydaların tətbiqini tələb ediblər.

Nümayişçilər Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün Çexiyada sülh konfransının keçirilməsini və Kiyev administrasiyasına silah dəstəyinin dayandırılmasını tələb ediblər. Onlar bütün ölkənin ən böyük enerji şirkəti olan 70 faiz dövlətə məxsus olan CEZ-nin enerji böhranı səbəbindən milliləşdirilməli olduğunu müdafiə ediblər.

Yeganə