Çexiyanın yeni prezidenti Petr Pavel prezident seçkiləri zamanı sponsorlarla bağlı kifayət qədər məlumat verilmədiyinə görə 60 min kron (təxminən 2,7 min dollar) cərimə ödəməli olacaq.
Elchi.az-ın məlumatına görə, bu barədə “Çex TV” xəbər verir.
“Prezident Pavel Siyasi Partiyalara Nəzarət Departamenti tərəfindən cərimələnib. Cərimə 60 min krondur. Cərimə prezident seçkilərinin sponsorları haqqında kifayət qədər məlumat verilmədiyi üçün tətbiq edilib. Məlumatı departamentin əməkdaşı Yan Outli təsdiqləyib”, – deyə məlumatda bildirilir.
Yeganə