Çernışenko Kubaya səfər edib

77

Rusiya baş nazirinin müavini Dmitri Çernışenko mayın 17-dən 19-dək Kubada işgüzar səfərdə olacaq və burada prezident Migel Dias-Kanel ilə görüşəcək. Elchi.az xəbər verir ki, bu barədə Lent.ru məlumat verib.

Çernışenko və Kubanın xarici ticarət və investisiyalar naziri Rikardo Kabrisas Rusiya-Kuba Hökumətlərarası Komissiyasının 20-ci iclasını keçirəcək, həmçinin Rusiya-Kuba Biznes Forumunun plenar iclasında iştirak edəcəklər.

“Rusiya nümayəndə heyəti elektrik polad əritmə sexinin təntənəli açılışının keçiriləcəyi Xose Marti adına “Antillana de Acero” metallurgiya zavodunu ziyarət edəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Aprelin 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikası turnesi çərçivəsində Kubaya səfər edib. Kubanın Rusiyadakı səfiri Xulio Antonio Qarmendia Penya nazirin ölkəyə səfərini simvolik adlandırıb.

Havar Şəfiyeva