Çempionlar Liqası: qrup mərhələsinin oyunları başlayır
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub.
B qrupunda “Liverpul” evdə sürpriz şəkildə qrup mərhələsinə vəsiqə qazanan “Ludoqorets”i sınağa çəkəcək. Qrupun digər oyununda “Real” (Madrid) klubu “Bazel”lə münasibətlərinə aydınlıq gətirəcək.
C qrupunda “Bayer” (Leverkuzen, Almaniya) klubu Fransada “Monako”nun, “Atletiko” (Madrid, İspaniya) klubu isə Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
Azərbaycanlı azarkeşlərin bütün diqqəti D qrupuna yönələcək. Burada Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” klubu evdə “Anderlext”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, ÇL-in qrup mərhələsinin ilk turunun qalan görüşləri sabah axşam keçiriləcək.
16 sentyabr
Çempionlar Liqası, qrup mərhələsinin ilk turu
A qrupu
23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya)
23:45. “Yuventus” (İtaliya) – “Malmö” (İsveç)
B qrupu
23:45. “Liverpul” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan)
23:45. “Real” (Madrid, İspaniya) – “Bazel” (İsveçrə)
C qrupu
23:45. “Monako” (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya)
23:45. “Olimpiakos” (Yunanıstan) – “Atletiko” (Madrid, İspaniya)
D qrupu
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə)
23:45. “Qalatasaray” (Türkiyə) – “Anderlext” (Belçika)
17 sentyabr
E qrupu
23:45. “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
23:45. “Roma” (İtaliya) – CSKA (Moskva, Rusiya)
F qrupu
23:45. “Ayaks” (Hollandiya) – PSJ (Fransa)
23:45. “Barselona” (İspaniya) – APOEL (Kipr)
G qrupu
23:45. “Çelsi” (İngiltərə) – “Şalke” (Almaniya)
23:45. “Maribor” (Sloveniya) – “Sportinq” (Portuqaliya)
H qrupu
23:45. “Portu” (Portuqaliya) – BATE (Belarus)
23:45. “Atletik” (Bilbao, İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)